Gürcüstanda virusdan ölənlərin sayı artdı
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanda virusdan ölənlərin sayı artdı

Gürcüstanda ötən sutka ərzində 11 155 test keçirilib, koronavirusa 1 143 yoluxma halı qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyasının mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 239 229 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 23 nəfər ölüb, 617 nəfər isə sağalıb. Hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 2 773 nəfər, sağalanların sayı isə 225 335 nəfər təşkil edir.

Qeyd edilir ki, hazırda 11 095 nəfər müalicəsi davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm