Cənubi Qafqaz
Müharibədən dəhşətə gələn ermənilər görün hansı YOLA ƏL ATIRLAR: ölkə xaricində...
Məğlub vəziyyətdən çıxa bilməyən və çöküş sahələri gün keçdikcə artan Ermənistanda çarə ölkə xaricində axtarılır.
Publika.az xəbər verir ki, diaspor Ermənistan xaricində parlament yaratmağı təklif edir.
Bu təklifə Kanadada yaşayan erməni tarixçi, yazıçı və pianoçu Raffi Bedrosyan "Diaspor indi nə edə bilər?" adlı köşəsində yer verib.
Onun sözlərinə görə, yeni parlamentə beş bölgədən erməni icmalarının nümayəndələri daxil olmalıdır: "Avropa, Şimali Amerika, Cənubi Amerika, Yaxın Şərq və Rusiya. Diaspor erməniləri bölgələrindəki namizədlərə səs verməlidirlər. Bundan əlavə, diaspor ermənilərindən hər ay sabit məbləğ, məsələn, gəlirlərinin faizi Ermənistan hökumətinə vergi olaraq ödənilməlidir. Diaspor parlamenti bu vəsaitlərin xərclənməsinə nəzarət etməlidir".
Bedrosyan Qarabağdakı 44 günlük müharibənin nəticələrinin dünyanın hər tərəfindəki erməniləri dəhşətə gətirdiyini və şoku daha da artıran nüansın Ermənistan ordusunun "qalib gələcəyik" mesajını verməsi olduğunu qeyd edib: "Diaspor erməniləri həvəslə müharibəyə qatıldı, 1 ayda son 20 ildə toplandığından daha çox pul bağışladı. İndi müharibədə uduzduğumuz üçün diaspor erməniləri tamamilə məyusluq, inam itkisi yaşayır və Ermənistan hökumətinin həm hazırkı, həm də keçmiş liderlərini günahlandırırlar. Ancaq qəzəb dalğası səngiyir və növbəti addımlarımızı düşünməliyik".
Zümrüd
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi