Cənubi Qafqaz
Qaribaşvili azərbaycandilli “Gürcüstan” qəzetini təbrik etdi
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu ölkədə dərc olunan azərbaycandilli “Gürcüstan” qəzetini 100 illiyi münasibətilə təbrik edib.
Publika.az xəbər verir ki, Baş nazirin təbrik məktubu “Gürcüstan” qəzetinin son sayında dərc olunub.
Nəşrin kollektivini təbrik edən hökumət başçısı qeyd edib ki, qəzet bir əsrdir ənənəsinə sadiq qalaraq azərbaycandilli əhaliyə layiqincə xidmət edir.
Baş nazirin təbrik məktubunda deyilir: “Gürcüstan” qəzeti ölkənin çoxmədəniyyətli cəmiyyətinə, qardaşlıq və qarşılıqlı hörmətə böyük töhfə verir. Əminəm ki, nəşr bundan sonra da işini şərəflə davam etdirəcək və biz birgə səylərlə güclü, demokratik və vahid Gürcüstan qura biləcəyik”.
Qeyd edək ki, nəşrin sələfi olan “Kommunist” qəzetinin ilk sayı 1921-ci ilin martında işıq üzü görüb. Qəzet daha sonra “Yeni fikir”, “Yeni kənd” və “Sovet Gürcüstanı” adlandırılıb, 1990-cı ilin noyabrın 15-dən isə “Gürcüstan” adı ilə nəşr olunur.
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO