Baqdasaryan: Biz 30 il Qarabağı zəhərlədik və qarət etdik!
Bizi izləyin

Cənubi Qafqaz

Baqdasaryan: Biz 30 il Qarabağı zəhərlədik və qarət etdik!

Məşhur erməni bloger öz millətinin heç vaxt eşitmək, qəbul etmək istəmədiyi dəhşətli faktları açıqlayıb.

Erməni bloger Roman Baqdasaryan öz birbaşa efiri zamanı Qarabağla bağlı bütün həqiqətləri xəritələrlə izləyicilərinə çatdırıb, Ermənistan-Azərbaycan münaqişəsinin başlanması ilə bağlı maraqlı faktları açıqlayıb və 30 ildən artıq zaman ərzində yalnız saxtakarlıqla və aldanma ilə məşğul olanların adlarını çəkib.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bloger öz efirindəki çıxışında 1988-ci ilə qədər Qarabağ ərazisində yaşayan ermənilərin dəqiq sayını açıqlayaraq, maraqlı bir məqama diqqət yetirib.

“Həmin dövrdə orada 150 mindən çox erməni yaşayırdı. Qarabağdakı bu ermənilərin təhtəlşüur səviyyəsində beyinlərinə yeridildi ki, guya onların hüquqlarını Azərbaycan qorumur və Bakı guya Qarabağın inkişafına mane olur. Guya Bakı orada yaşayan ermənilərin sayını azaltmağa çalışıb. Əsas ideya isə Azərbaycanın tərkibindən çıxmaq idi. Bu baş verdi, amma...

Çoxları bilmir ki, o illərin rəsmi məlumatlarına görə, Köçəryan və Sərkisyanın hakimiyyəti dövründə (Qarabağa nəzarət Ermənistanda olduğu dönəm – red.) “artsaxlı-erməni”lərin sayı 150 mindən 80 minə qədər azalmışdır. Təsəvvür edin, oradakı insanlar, hansılar ki, bir ağızdan deyirdilər ki, guya Azərbaycan onlara inkişaf etməyə, normal yaşamağa imkan vermir, həmin ərazilərə nəzarət İrəvana keçəndən sonra Qarabağdan başlarını götürüb qaçdılar. Bu ermənilər Qarabağdan Rusiyaya qaçdılar. Bir sözlə, Köçəryan və Sərkisyan həmin illərdə öz xalqının “ağ soyqırım” aktını həyata keçirdi.

Qarabağ Ermənistanın nəzarətinə keçəndən sonra baş verən cinayətlərlərdən danışaq. Qarabağın bütün təbii ehtiyatları İrəvan tərəfindən oğurlanaraq xaricə satıldı. Biz Qarabağda hər şeyi məhv etməyə çalışırdıq. Həmin dövrdə Martakertdən (Ağdərə – red.) İrəvana, daha dəqiq desək, cəllad və oğruların ciblərinə böyük qızıl ehtiyatlarından gələn gəlirin axmasına dair onlarla sübutlar var. Bu pullardan bir qəpik də Ermənistanın büdcəsinə keçirilməyib. Eyni sözləri Qarabağın ağacları haqqında da demək olar. Bütün meşələr məhv edilirdi, pullar isə yenə Köçəryan və Sərkisyan ciblərinə gedirdi”, - deyə erməni bloger qeyd edib.

Bağdasaryan deyir ki, ermənilər hər yerdə belə deməyə öyrəşiblər: guya 1988-ci ilə qədər Qarabağ erməniləri üçün Azərbaycanın tərkibində yaşamaq çox çətin idi:

“Amma əslində Qarabağ məhz Ermənistanın nəzarətinə keçdikdən sonra boğulmağa başladı. Bundan başqa, Ermənistan tərəfi o dövrdə bütün Qarabağ üzrə su elektrik stansiyaları tikməyə başladı. Bu su elektrik stansiyalarından çıxan çirkab tullantıların hamısı oradakı çaylara axıdıldı. Biz sadəcə olaraq Qarabağı zəhərləməklə məşğul idik. Yeri gəlmişkən, bütün bu su elektrik stansiyaları Daşnaksütyun Partiyasının üzvlərinə məxsus idi.

Biz bunu bilməliyik və hər şeyi Paşinyanın üstünə yıxmaqdansa, bir az bu faktlar barəsində danışmalıyıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm