Ermənistanda çavuşu öldürən hərbçi həbs edildi
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda çavuşu öldürən hərbçi həbs edildi

Ermənistan ordusunun ehtiyatda olan çavuşu Mkrtiç Ovakimyanın ölümündə təqsirləndirilən hərbi qulluqçu həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“İstintaq və digər prosessual hərəkətlər zamanı eyni bölmənin hərbçisi olduğu iddia edilən cinayətkarın kimliyi də daxil olmaqla bəzi vacib detallar ortaya çıxıb”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, cənub-şərq istiqamətində yerləşən döyüş mövqeyində ehtiyatda olan 1978-ci il təvəllüdlü hərbçi Mkrtiç Ovakimyanın sentyabrın 13-də ölümcül yara alıb və dünyasını dəyişib. İlkin məlumata görə, hadisə hərbi hissələrindən birində döyüş xidmətinin təşkili qaydalarının pozulması nəticəsində baş verib.

Hadisəyə görə Ovakimyanın əsgər yoldaşı saxlanılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm