Dünya
Rusiya gəmisi batdı: Yaxınlıqda olan Norveç gəmisi kömək etmədi
Norveç bayrağı altında üzən “Oslo Carrier 3” gəmisi naməlum səbəbdən Aralıq dənizində batan “Ursa Major”un rus dənizçilərini göyərtəsinə götürməkdən imtina edib.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” gəminin sahibi olan “Oboronlogistics” şirkətlər qrupunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Batmaqda olan gəminin Norveç bayrağı altında üzən “Oslo Carrier 3” gəmisinə doğru getdiyi məlum olub. O, yaxınlıqda olub.
Amma Norveç gəmisi (ekipajının bir hissəsi rusdilli olub) bəzi qadağaları əsas gətirərək “Ursa Major”un ekipaj üzvlərini qəbul etməkdən imtina edib. “Oboronlogistika” bu faktı 1989-cu il Beynəlxalq Xilasetmə Konvensiyasının onuncu maddəsinin kobud şəkildə pozulması hesab edib.
2009-cu ildə inşa edilən Rusiyaya məxsus "Ursa Major" ticarət gəmisi dekabrın 23-də Aralıq dənizində İspaniya və Əlcəzair sahillərində batıb.
Tural
-
Magazin106:46"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu





























.jpg)
.jpg)