Cənubi Qafqaz
Sazişdə Zəngəzur dəhlizi var, nağıl danışmayın – Akopcanyan
Baş nazir Nikol Paşinyandan tutmuş xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyana qədər, Ermənistan rəhbərliyi lap əvvəldən bildirmişdi ki, Zəngəzur dəhlizi layihəsi heç vaxt reallaşmayacaq. Ermənistan xalqı əmin edilirdi ki, bu, heç söhbət mövzusu da ola bilməz. Amma indi Ermənistan ictimaiyyəti başa düşür ki, onu növbəti dəfə aldatdılar. Zəngəzur dəhlizi layihəsi həyata keçiriləcəkdir - bu, artıq dəqiqdir!
Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Razmik Akopcanyan bölüşüb.
Onun sözlərinə görə, rəsmi İrəvan Ermənistan ordusunun nailiyyətləri, “artsax” əsgərinin “rəşadəti” haqqında öz xalqına 44 günlük müharibə dövründə nağıllar danışırdı:
“İndi də Zəngəzur dəhlizinin realizə olmayacağı haqqında nagıllar danışılır. Guya bu, yalnız rəsmi Bakının arzusudur və arzu olaraq qalacaq... Bir erməni kimi mən Ermənistan rəhbərliyindən soruşmaq istəyirdim: axı üçtərəfli sazişdə Zəngəzur dəhlizi haqqında yazılıb və bu kağızın altında Paşinyanın imzası durur. Bu, birincisi.
İkincisi, Soçi görüşü bütün "i" hərflərinin üzərində nöqtələri qoydu. Putin bu layihənin əhəmiyyətini açıq şəkildə qeyd etdi.
Ən başlıcası isə Zəngəzur dəhlizi artıq tikinti mərhələsindədir - dəmir yolu layihəsi yaxın zamanlarda istifadəyə veriləcəkdir.
Zəngəzur dəhlizinin layihəsinin reallaşacağını göstərən həddindən çox siqnallar var. Bütün bu ərazilər də Bakının yurisdiksiyasına keçəcək. Onda xalqına bu qədər yalanlar danışan bu adamlar nə edəcəklər? Həmişə olduğu kimi. Hakimiyyətdən bərk-bərk yapışmağa çalışacaqlar”.
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO