Cənubi Qafqaz
Hakim partiya ATƏT-ə şərt qoydu: Namizəd statusu verilsə...
"Avropa İttifaqı Gürcüstana namizəd statusu verərsə, ölkədə seçkilər tam proporsional sistem üzrə və 2 faizlik baryerlə keçiriləcək".
Publika.az xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bu siyasi öhdəlik Avropa Şurası və Avropa Komissiyası qarşısında "Gürcü Arzusu" Siyasi Şurası və parlament çoxluğu adından götürülür:
“Biz aşağıdakı qərarı qəbul etdik: dekabrda Avropa İttifaqı Gürcüstana namizəd statusu verdikdən sonra 1 aydan gec olmayaraq Gürcüstan parlamenti hər üç oxunuşda Konstitusiya qanunu qəbul edəcək və 2024-cü il və ondan sonrakı parlament seçkiləri tam proporsional sistemdə və 2 faizlik baryerlə keçiriləcək. Biz bu siyasi öhdəliyə sadiqik. Biz bu öhdəliyi Avropa Şurası və Avropa Komissiyası qarşısında partiyanın Siyasi Şurası və parlament çoxluğu adından götürürük”, - deyə Kobaxidze bildirib.
Xatırladaq ki, 2021-ci ilin 19 aprel tarixində Avropa Şurası prezidenti Şarl Mişelin təşəbbüsü ilə hakim və müxalif partiyalar arasında imzalanan sənəddə ölkədə keçiriləcək parlament seçkilərinin tam proporsional və 2% baryerlə keçirilməsi üçün qanun dəyişikliyi ediləcəyinə razılaşılmışdı. Lakin bir müddət sonra hakim partiya sənədi tərk etdi və qeyd olunan qanun dəyişikliyi qəbul olunmadı.
Tural Turan
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ
-
İdman12:43
Dünyanın ən gözəl qadın qolfçusu: Görün indi nə işlə məşğuldur - FOTOLAR/VİDEO
-
Dünya12:16
Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
-
Region11:57
Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
-
Dünya11:23
Şimali Koreyanın Rusiyaya hərbi dəstəyi: Görün Moskva əvəzini nə ilə ödəyib
-
Region10:40
Ermənistanda soydaşımıza hücum etdilər - VİDEO