Cənubi Qafqaz
Mirzoyan Berbokla sülh sazişini müzakirə etdi
Noyabrın 19-da Almaniyanın xarici işlər naziri Annalena Berbok İrəvana səfəri çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Bildirilib ki, Ararat Mirzoyan və Annalena Berbok iki ölkə arasında tərəfdaşlığın daha da genişləndirilməsi imkanlarını, bu istiqamətdə demokratik dəyərlərə əsaslanan atılan addımları, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsində qarşılıqlı maraqları müzakirə ediblər. Mövcud proseslər şəraitində daha sıx qarşılıqlı fəaliyyətin, müasir sahələrdə əməkdaşlığın vacibliyi vurğulanıb.
Qeyd edilib ki, Nazirlər regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Cənubi Qafqazda sabitliyin təmin edilməsi kontekstində Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesinə istinad edilib.
"A.Mirzoyan Ermənistan-Azərbaycan sülh müqaviləsi layihəsinin yekunlaşdırılması istiqamətində görülən işlər də daxil olmaqla, prosesdəki son hadisələri təqdim edib, müqavilənin imzalanmasının vacibliyini vurğulayıb", - nazirlikdən bildirilib.
Hüseyn İbadlı
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı














.jpg)












.jpg)













