ATƏT Ermənistana qiymətləndirmə qrupu göndərəcək
Bizi izləyin

Cənubi Qafqaz

ATƏT Ermənistana qiymətləndirmə qrupu göndərəcək

ATƏT oktyabrın 21-27-də Ermənistana ehtiyacların qiymətləndirilməsi qrupu göndərəcək.

Publika.az xəbər verir ki, komandanın ölkəyə Ermənistan hökumətinin dəvəti ilə gələcəyi qeyd olunur.

Səfərin məqsədi ATƏT-in mandatına və təcrübəsinə uyğun olaraq və onun inteqrasiya olunmuş təhlükəsizlik konsepsiyası çərçivəsində bəzi sərhədyanı ərazilərdə vəziyyəti qiymətləndirməkdir.

Beynəlxalq ekspertlərdən və ATƏT Katibliyinin nümayəndələrindən ibarət texniki qrup Ermənistan-Azərbaycan sərhədi boyu ərazilərə səfər edəcək, müvafiq milli və yerli maraqlı tərəflərlə, eləcə də yerlərdə beynəlxalq tərəfdaşlarla məsləhətləşəcək.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, İrəvan Azərbaycanla sərhədə müşahidəçilərin göndərilməsi üçün təşkilata müraciət edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm