Cənubi Qafqaz
Paşinyan yenə sərsəmlədi: Bakının planı...

Ermənistanın baş naziri Nikol Paşinyan yenə absurd açıqlaması ilə Azərbaycanı ittiham edib.
Publika.az xəbər verir ki, Ermənistan hökumətinin iclasında Paşinyan guya Bakının Laçın yolunu blokadaya aldığını bəyan edib.
Klassik erməni təfəkkürü ilə çıxış edən Paşinyan Bakını ittiham edib: “Bakının məqsədi Qarabağ ermənilərini evlərini tərk etməyə məcbur etmək üçün iqtisadi və psixoloji təzyiqi kulminasiya nöqtəsinə çatdırmaqdır. Qarabağın həyat yolu olan bu dəhliz üçtərəfli bəyanatda qeyd olunub və onun fəaliyyətinə Azərbaycan və Rusiya yazılı təminat veriblər. Ancaq 46 gündür ki, bağlıdır. Azərbaycan öz hərəkətləri ilə bir məqsəd güdür: Qarabağ ermənilərinin öz “vətənlərində” yaşamaq iradəsini qırmaq. Bizdə olan məlumata görə, Bakının planı iqtisadi və psixoloji təzyiqi kuliminasiya nöqtəsinə çatdırmaq, bundan sonra isə dəhlizi açmaqdır”.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Akqabay

-
Hadisə21:42
Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanıldı
-
Hadisə21:26
Dilarə Əliyeva avtomobil qəzasının necə baş verdiyini AÇIQLADI
-
Art21:00
Mədəniyyət Nazirliyi Oqtay Əliyevin ölümü ilə bağlı nekroloq yaydı
-
Hadisə20:42
Dilarə Əliyevanın qardaşı dəhşətli qəzadan danışdı: "Travmatologiyadayam"
-
Hadisə19:30
Oqtay Əliyevin həlak olduğu qəza yeri - VİDEO
-
Hadisə19:24
Xalq artisti aparıcı qızından DANIŞDI: "Lakin qərarı özü verməli idi" - FOTO
-
Hadisə19:00
Dəhşətli qəzada ölən musiqiçi imiş - FOTO
-
ABŞ18:37
Diş fırçası ilə dəlik açıb həbsxanadan QAÇDILAR - FOTO