Cənubi Qafqaz
Ermənistanda Paşinyanın keçmiş tərəfdaşları ona qarşı birləşir
Ermənistanın hakim “Mülki müqavilə” Partiyasından qovulan deputat Ovik Ağazaryan yeni siyasi partiyanın yaradılması üzrə təşəbbüs qrupunun genişləndirilmiş iclasını elan edib.
Publika.az xəbər verir ki, o, bu barədə “24news”a müsahibəsində danışıb.
“Mən ölkəmə və cəmiyyətimə faydalı ola biləcəyimi hiss edirəm. İnanıram ki, təcrübəm dövlətin qarşısında duran vəzifələrin öhdəsindən gəlməyə kömək edəcək”, - Ağazaryan bildirib.
O əlavə edib ki, “Mülki Müqavilə”nin digər keçmiş üzvləri də bu təşəbbüsə qoşulub, lakin onların adlarını hələ açıqlamayıb.
Daha əvvəl məlum olub ki, Ovik Ağazaryan “Mülki müqavilə” Partiyasından çıxarıldıqdan sonra siyasi birliyini yaratmaq qərarına gəlib. Ona parlamentin daha bir deputatı, hakim “Mülki müqavilə” fraksiyasından xaric edilən Akop Aslanyan da qoşulub.
Xatırladaq ki, oktyabrın sonunda Ağazaryanla İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan arasında mübahisə baş vermişdi və az qala davaya çevrilmişdi. Bundan az sonra Kyaramyan da bir sıra digər yüksək vəzifəli məmurlar kimi vəzifəsindən uzaqlaşdırılıb. Hadisədə iştirak edən deputat Narek Zeynalyan da istefa verib.
Ağazaryan istefa verməkdən imtina edib. “Mülki müqavilə”dən ayrıldıqdan sonra bitərəf deputat olub. Baş nazir Nikol Paşinyan onu dövlət təhlükəsizliyi və əks-kəşfiyyatla bağlı məlumatları açıqlamaqda ittiham edərək mandatından məhrum olunmasını tələb edib. Deputata qarşı Ermənistan Cinayət Məcəlləsinin 427-ci (dövlət sirrini təşkil edən məlumatların yayılması) maddəsi ilə cinayət işi başlanıb, bunu Korrupsiyaya Qarşı Mübarizə Komitəsi də təsdiqləyib.
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Maraq dünyası12 Avqust 17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...
-
Cənubi Qafqaz12 Avqust 16:12Kobaxidzedən Qərbə ittiham: Gürcüstanı “ikinci cəbhə”yə çəkmək istəyirlər
-
Maraq dünyası12 Avqust 12:35Mask bu ölkəni almaq istəyir: Neçəyədir?



































