Cənubi Qafqaz
Paşinyan Moskva görüşündən narazıdır - Rusiyanı ittiham etdi

Nikol Paşinyan Moskvanın Laçın dəhlizi ilə bağlı müzakirələrindən narazıdır.
Publika.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə 2022-ci il büdcəsinin icrası ilə bağlı keçirilən dinləmələr zamanı Moskvada Laçın dəhlizi ilə əlaqədar keçirilən müzakirədən narazı olduğunu deyib.
O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev və Rusiya lideri Vladimir Putinlə üçtərəfli görüşdə Dağlıq Qarabağdakı humanitar böhran və Laçın dəhlizinin qeyri-qanuni blokadaya alınması müzakirə mövzularından biri olub.
"Bu, rusiyalı həmkarlarla da müzakirə olunub. Nəticələrin qənaətbəxş olduğunu deyə bilmərəm. Bu, ağrılı vəziyyətdir, mən artıq demişəm ki, dəhlizin bağlanması Rusiya sülhməramlılarının gözü qarşısında olub. Biz müzakirələri davam etdirəcəyik”, - Paşinyan qeyd edib.
Baş nazir həmçinin əlavə edib ki, Moskvada regional kommunikasiyaların açılması müzakirə olunub və İrəvan buna hazır olduğunu bir daha bəyan edib. Eyni zamanda, Paşinyan qeyd edib ki, bu, 9 noyabr 2020-ci il tarixli Qarabağla bağlı üçtərəfli bəyanatın 9-cu bəndində öz əksini tapıb.
"Biz kommunikasiyaların açılmasında qərarlıyıq və maraqlıyıq. Biz çeviklik nümayiş etdiririk, lakin suverenlik prinsipinə və dövlətlərin səlahiyyətlərinə sadiqik", - o deyib.
Baş nazir əlavə edib ki, Moskvada dəmir yolu infrastrukturunun açılması məsələsi də müzakirə olunub. Onun fikrincə, bütün kommunikasiyaların açılması Ermənistan iqtisadiyyatının artımına təkan verəcək.
Mehti Kamiloğlu

-
Qoroskop04:44
İki bürc tezliklə milyon əldə edə bilər
-
Qarabağ 03:13
ŞOK İDDİA: 3 separatçı lider Ermənistana keçib?
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qıcıqlı davranıb könül sındırmayın
-
Region1 Oktyabr 23:00
Türkiyənin uçan avtomobili TEKNOFEST-də - FOTO
-
İqtisadi gündəm1 Oktyabr 22:24
Azərbaycanda sement BAHALAŞDI - VİDEO
-
Ekologiya1 Oktyabr 21:12
Bu gecə qeyri-adi astronomik hadisə baş verəcək
-
Magazin11 Oktyabr 20:12
Azərbaycanda bu məşhur şəxs oğluna toy etdi - VİDEO
-
İdman1 Oktyabr 19:40
Messi azərbaycanlı iş adamı ilə bir arada - FOTO