ABŞ ordusunu vuran raketləri İrana Ermənistan verib - FOTO
Bizi izləyin

Cənubi Qafqaz

ABŞ ordusunu vuran raketləri İrana Ermənistan verib - FOTO

İran Suriyada ABŞ hərbçilərinə qarşı istifadə etdiyi raketləri Ermənistandan alıb.

Publika.az
xəbər verir ki, bu barədə “İsrael-Alma” tədqiqat mərkəzi yazıb.

Mərkəz “Ermənistan İranın Suriya və Livana hava dəhlizinin tranziti rolunu oynayırmı?” adlı məqaləsində İran və Ermənistanın hərbi əməkdaşlığından yazıb.

Məqalədə qeyd olunur ki, İran və Ermənistan arasında əməkdaşlıq Suriyada, eləcə də Tehranın maraq dairəsində olan digər bölgələrdə həyata keçirilir.

“Hələbdə erməni icması bu əməkdaşlıqda xüsusi rol oynayır. 2007-ci ildə İraqdakı ABŞ qoşunlarına qarşı istifadə olunan raketləri İrana Ermənistan verib. İran Qarabağ məsələsində də Ermənistanı dəstəkləyir”, - məqalədə bildirilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm