Nəqliyyat
Etibarnamə onun sürücülük hüququnu ƏLİNDƏN ALDI - VİDEO
Özündən xəbərsiz adına avtomobil etibar edilib. Həmin nəqliyyat vasitəsi ilə törədilən qayda pozuntularının cəriməsi də ona gəlir və sürücülük hüququ məhdudlaşdırılıb.
Publika.az xəbər verir ki, hadisə paytaxt sakini Dilqəm Maqsudovun başına gəlib.
Sürücü iddia edir ki, ona kimsə ''Prius'' markalı avtomobili onlayn qaydada etibar edib. Həmin avtomobilin sürücüsünün törətdiyi xətaların cəriməsi də ona gəlir.
Sürücü dərhal bu barədə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib.
İdarədən də bildirilib ki, həmin etibarnamə ona Qusar rayonundakı notariat kontorunda verilib.
Dilqəm Maqsudovu narahat edən başqa bir məsələ həmin avtomobillə törədiləcək hər hansı bir ağır hadisədir. Deyir ki, əgər yol-nəqliyyat hadisəsi olarsa, burada o da məsuliyyət daşıyır.
Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev bildirib ki, sürücü üzləşdiyi problemi hüquqi müstəvidə həll edə bilər. Əgər özündən xəbərsiz etibarnamə verilməsini sübuta yetirsə, sürücü barəsində tətbiq edilən cərimə və bal silinəcək.
Ətraflı süjetdə:
-
İdman22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
































