Cənubi Qafqaz
İstefa verən DTX rəisinə yüksək VƏZİFƏ VERİLDİ - YENİLƏNDİ
Xəbər verdiyimiz kimi, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Anri Oxanaşvili istefa verib.
Publika.az xəbər verir ki, eks-rəis Bürcüstan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri təyin edilib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Oxanaşvili baş nazirin müşaviri kimi hökumət administrasiyasında analitik işlər aparacaq və ölkənin təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək.
“Bildiyiniz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Anri Oxanaşvili bu vəzifədən istefa verib. Qısa müddət ərzində xidmət zamanı bir çox mühüm dəyişikliklər həyata keçirilib və şəxsən onun əməyini yüksək qiymətləndirirəm. Hazırda isə baş nazirin müşaviri kimi analitik işlər aparacaq”, – Kobaxidze bildirib.
Baş nazir qeyd edib ki, regiondakı mürəkkəb və çətin vəziyyət, ABŞ və Avropa İttifaqı ilə münasibətlər, həmçinin ölkənin qarşısında duran təhlükəsizlik problemləri analitik yanaşma tələb edir. Bu baxımdan, Oxanaşvilinin vəzifəsi informasiyanın işlənməsi və milli təhlükəsizliklə bağlı tövsiyələrin hazırlanmasıdır.
İ.Kobaxidze həmçinin vurğulayıb ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbəri hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze olacaq:
"Onun xüsusi təqdimata ehtiyacı yoxdur. Sadəcə qeyd edim ki, onun hüquq-mühafizə orqanlarında kifayət qədər uzunmüddətli iş təcrübəsi var, bu da Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifələrinin yerinə yetirilməsi üçün çox vacibdir".
xxx
18:24
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Anri Oxanaşvili istefa verib.
Publika.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, o, ölkənin Baş naziri İrakli Kobaxidze ilə aparılan məsləhətləşmələrdən sonra istefa verib.
Hüseyn İbadlı
-
Nida Xəbər 22:58"Naxçıvanın təhlükəsizliyi birinci şərtdir"
-
Rəsmi xronika22:16Prezident Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış oldu - FOTO
-
İdman21:53“Sabah” “Orhus”u darmadağın etdi - YENİLƏNDİ
-
Rəsmi xronika20:15Prezident Naxçıvanda yeni avtobuslara baxdı, dəmir yolunda yenidənqurma işləri ilə tanış oldu - FOTO/VİDEO
-
Rəsmi xronika19:40İlham Əliyev Naxçıvanda günəş elektrik stansiyalarında görülən işlərlə tanış oldu - FOTO/VİDEO
-
Magazin119:24Xuramanla əri arasında cəyirtkə qalmaqalı: “Məni boşayacaq” - VİDEO
-
Hadisə18:24Azərbaycanda meşədən qadın və kişi MEYİTİ TAPILDI
-
Yaxın Şərq17:07Müsəlman ölkələrinin birləşməsi İsraili təşvişə saldı: Tətikdə olmalıyıq
























.jpg)











