Cənubi Qafqaz
Ermənilərin yüzlərlə yük maşını GERİ QAYTARILDI - Nə baş verir?
Kənd təsərrüfatı məhsulları daşıyan yüzlərlə erməni yük maşını Gürcüstan üzərindən Rusiyaya gedərkən geri qaytarılır.
Publika.az xəbər verir ki, bu barədə müxalifətçi “Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyan "Facebook" səhifəsində məlumat verib.
Onun sözlərinə görə, gavalı, şaftalı və üzüm yüklü maşınlar Gürcüstan-Rusiya sərhədində yerləşən “Verxniy Lars” keçid məntəqəsindən geri döndərilib.
“Daşıyıcılar bildirirlər ki, onlara dəqiq izah verilmir, fitosanitar problemlərlə bağlı olduğu deyilir”, – deyə Danielyan qeyd edib.
Deputat vurğulayıb ki, bu vəziyyət kənd təsərrüfatı istehsalçılarına ciddi zərər vurur. Onun sözlərinə görə, tikinti materialları kimi digər mallar daşıyan furalar da Rusiyaya girişdə sərt yoxlamalar səbəbindən çətinliklərlə üzləşir.
Danielyan hansı ölkənin addımları ilə bağlı bu problemlərin yarandığını dəqiqləşdirməyib.
Hüseyn İbadlı
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz


















.jpg)



















