Cənubi Qafqaz
Putin və Paşinyan “küçə müharibəsi”nə başladı – Rusiya bazasında nə baş verir?
Ermənistanda Rusiyaya məxsus hərbi baza ətrafında “küçə müharibəsi” gedir.
Publika.az xəbər verir ki, Gümrüdə yerləşən 102-ci hərbi bazanın əleyhinə və lehinə aksiyalar təşkil edilib.
Ötən həftənin şənbə günü “Respublika uğrunda” partiyasının lideri Arman Babacanyan və komandası hərbi bazanın çıxarılması tələbi ilə aksiya keçirib. Etirazçılar Rusiya bazasının mövcudluğunu Ermənistanın müstəqilliyinə təhdid adlandırıblar.
Bu aksiyanın hakimiyyətin dəstəyi ilə təşkil edildiyi sirr deyil. “Hraparak” nəşri də iddia edir ki, aksiya iştirakçıları Gümrüyə kənardan gətirilib.

Eyni gündə hərbi bazanın saxlanılması tələbi ilə də aksiya təşkil olunub. Bir qrup insan 102-ci bazanın yaxınlığındakı Ana Ermənistan Memorial Kompleksi ərazisinə toplaşıb və hərbi bazanı “Ermənistan-Rusiya dostluğunun simvolu” adlandırıblar. Bazanın lehinə keçirilən aksiyanın əsas təşkilatçısı kimi şəhərin meri Vardan Qukasyanın adı çəkilir.
Aksiyada Qukasyanın müavini Qaqik Manukyanın da iştirakı bunu təsdiq edir. Son seçkilərdə şəhərin meri seçilən Qukasyan revanşistlərin əsas nümayəndələrindəndir və Rusiyaya, eləcə də Moskvanın Ermənistandakı “dəstəsinə” – Robert Koçaryana yaxınlığı ilə tanınır. Qaqik Manukyan isə 102-ci bazanın rəisi, general-mayor Aleksandr Berzborodova yaxın şəxsdir.
Hakim “Mülki müqavilə” fraksiyasının üzvləri bazanın lehinə keçirilən aksiyanı tənqid edib. Gümrü şəhərinin rəhbərliyini “Putinçilər” adlandırıb, eləcə də “Gümrünü Rusiya vilayətinə çevirməkdə” ittiham ediblər.
Ermənistan mediasının məlumatları təsdiq edir ki, hazırda Gümrüdə gərgin atmosfer davam edir, xüsusilə 102-ci baza ətrafında “küçə müharibəsi”nə bənzər əhval-ruhiyyə hökm sürür.
Asif
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz


















.jpg)



















