Cənubi Qafqaz
Pakistan və Ermənistan RAZILIĞA GƏLDİLƏR - 4 əsas prinsip
Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və Pakistan İslam Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İşaq Dar Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalayıblar.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İmzalanma mərasimi Çin Xalq Respublikasının Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutub.
Bu kommünikenin imzalanması ilə Ermənistan və Pakistan arasında rəsmi diplomatik münasibətlər qurulur. Hər iki ölkənin hökumətləri BMT Nizamnaməsinə uyğun olaraq dostluq münasibətlərini inkişaf etdirməyə çalışacaqlar.
Bu prinsiplərə aşağıdakılar daxildir:
- Suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət
- Aqressiyadan imtina
- Bir-birinin daxili işlərinə qarışmamaq
- Bərabərlik, qarşılıqlı fayda və sülh şəraitində birgə yaşamaq
Ermənistan və Pakistan hökumətləri nümayəndə mübadiləsi aparmaq və diplomatik münasibətlərin həyata keçirilməsi üçün qarşılıqlı əsasda bütün zəruri yardımı göstərmək barədə razılığa gəliblər. Bu razılaşma 1961-ci il Vyana Konvensiyası və beynəlxalq diplomatik təcrübələrə əsaslanır.
Hüseyn İbadlı
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü















.jpg)





















