Cənubi Qafqaz
Erməni arxiyepiskopun həbs müddəti UZADILDI
Ermənistanın paytaxtı İrəvanda məhkəmə arxiyepiskop Mikael Acapahyanın həbs müddətini daha bir ay uzadıb.
Publika.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
27 iyun tarixində Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları bütün ermənilərin katolikosunun Eçmiədzindəki iqamətgahına gələrək Ermənistan Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Acapahyanı həbs etməyə çalışıblar. Lakin onlar inanclıların və din xadimlərinin müqaviməti ilə qarşılaşıblar.
Daha sonra arxiyepiskop katolikosun iqamətgahını tərk edərək İrəvana yollanıb və Ermənistanın İstintaq Komitəsinə gələcəyinə söz verib. Ermənistan hakimiyyəti onu hakimiyyətin devrilməsinə çağırışda ittiham edir, lakin din xadimi bu ittihamları saxta adlandırır. Sonda arxiyepiskop saxlanılıb.
28 avqustda İrəvanda keçirilən məhkəmədə prokurorluq arxiyepiskop Mikael Acapahyanın hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışda təqsirli bilinməsini tələb edib. Bildirilib ki, bu maddə üzrə ən ağır cəza beş il azadlıqdan məhrumetmə ola bilər.
Hüseyn İbadlı
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü















.jpg)





















