Cənubi Qafqaz
Trampın "Zəngəzur dəhlizi" planı: ABŞ səfiri ilə Qriqoryan nəyi müzakirə ediblər?
Zəngəzur dəhlizinin Ermənistan hissəsinin tikintisi ilə bağlı qərar gələn həftə verilə bilər.
Publika.az xəbər verir ki, Ermənistan mediası gələn həftə ABŞ-dan nümayəndə heyətinin gələcəyi haqda yazmışdı.
“Joxovurd” qəzetinin məlumatına görə, ABŞ-ın müxtəlif dairələrindən təmsilçilərin yer alacağı nümayəndə heyəti Ermənistanda “Tramp marşrutu”nu (Zəngəzur dəhlizi) müzakirə edəcək.
“Müzakirələr təkcə dəhlizin siyasi detallarını deyil, tikinti işlərinin texniki tərəfləri ətrafında da aparılacaq. Məqsəd Tramp-Əliyev-Paşinyan razılaşmasının praktiki icrasının ardıcıllığına aydınlıq gətirməkdir. Müzakirələr qapalı şəkildə keçiriləcək. Rəsmi dairələr bu haqda məlumat vermir”, - qəzet yazıb.
Bu məlumat Ermənistan hökuməti tərəfindən təsdiq olunmasa da, dünən ABŞ-ın İrəvandakı səfiri Kristina Kvienin Paşinyanın müavini Mher Qriqoryanla görüşməsi diqqət çəkib. Rəsmi məlumata görə, görüşdə Vaşinqton razılaşmaları və regionda kommunikasiyaların blokdan çıxarılmasına dair fikir mübadiləsi aparılıb. Bu o deməkdir ki, amerikalı səfirlə Paşinyanın müavini Zəngəzur dəhlizinin icrasını müzakirə ediblər. Növbəti həftə ABŞ nümayəndə heyətinin Ermənistana səfəri haqda yayılan məlumat fonunda da bu görüş təsadüfi deyil. Görünür, Tramp Administrasiyası Zəngəzur dəhlizinin tezliklə həyata keçirilməsini istəyir.
Asif
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü















.jpg)





















