Cənubi Qafqaz
"Ermənistan Rusiyanın “kiçik qardaş”ı deyil, son 4 ildə..."
"Moskva İrəvanı “kiçik qardaş” kimi qəbul etməyi dayandırıb və onu bərabərhüquqlu tərəfdaş hesab edir".
Publika.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan RTVI-yə müsahibəsində bildirib.
"Rusiyanın Ermənistana münasibəti böyük qardaş və ya kiçik qardaşın münasibətinə bənzəmir, sadəcə olaraq tərəfdaşlıqdır. Son dörd ildə reallıqda buna nail olmağa çalışmışıq", - Xaçaturyan bildirib.
O əlavə edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə işləyir və eyni zamanda Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirir, çünki bu, şaxələndirilmiş iqtisadiyyat konsepsiyasına uyğundur.
Avqustun 28-də Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan eyni vaxtda Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyinin üzvü ola bilməz və buna görə də yeri gələndə seçim etməyə hazırdır. O qeyd edib ki, hadisələr fərqli şəkildə inkişaf edə bilər və çox şey bir sıra amillərdən, o cümlədən erməni xalqının rəyindən, Aİ və Aİİ ilə danışıqların necə davam edəcəyindən asılı olacaq.
Hüseyn İbadlı
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü












.jpg)



.png)




















