Tabloid.az
Fatimə ad günü üçün Türkiyədən özünə hansı bazarlığı edəcək? - Foto
Ötən gün Türkiyəyə yola düşən tanınmış rəqqasə Fatimə Fətəliyeva aprelin 3-ü qeyd edəcəyi doğum günündən və məşhurlarla birgə layihəsindən söz açıb. Hazırda Türkiyədə olan rəqqasə Publika.az-a bildirib ki, doğum günündə bir çox sürprizlər olacaq:
“Aprelin 3-ü həm doğum günümü, həm də yeni layihəmi təqdim etməyə hazırlaşıram. Həmin gün isə layihədə yer alacaq dostlarımla yanaşı şou-biznesin bir çox tanınmış simaları gecəyə qatılacaq. Dəvət olunan qonaqların hər biri mənə yaxın insanlardır. Bir sözlə, yad adamlar olmayacaq. Qonaqlarla birgə iki hissəli bir gün yaşayacağıq. Birinci hissədə, saat 19:00-da klip təqdimatı, ondan dərhal sonra, ikinci hissədə ad günü ziyafəti başlayacaq. Həmin günə bir çox sürprizlərim var. Özü də nə sürprizlər. Bunların nədən ibarət olduğunu öncədən demək istəmirəm. Bircə onu deyə bilərəm ki, ad günümdə geyinəcəyim libaslar da Türkiyədən olacaq. Bundan əlavə daha bir məlumat da verə bilərəm. Türkiyədə yaradıcılıq işlərimlə bağlı çox danışıqlar aparıram”.
Cəvahir Səlimqızı
-
MDB09:06
Kliçkonu İrəvana dəvət etdilər
-
ABŞ09:00
80 yaşlı milyarder azyaşlılara təcavüz edib? - ŞOK İTTİHAM
-
ABŞ08:24
"The Washington Post"un ilk qadın baş redaktoru İSTEFA VERDİ
-
Səhiyyə07:30
Xərçəngi aşkarlayan süni intellekt yaradıldı
-
Ekologiya07:17
Bu gün hava necə olacaq? - PROQNOZ
-
Dünya04:44
ABŞ super donuzlar tərəfindən İŞĞAL EDİLƏ BİLƏR
-
Magazin104:14
Aygün Kazımova final matçında şou göstərdi - VİDEO
-
Nəqliyyat02:12
Bazar günləri parklanma ilə bağlı qanunsuz ödənişlər alınır? - VİDEO