Tabloid.az
Elçin Hüseynbəyli kollektivə təqdim olunub
Bu gün Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi Azərbaycan Nəşriyyatında yerləşən “Ədəbiyyat qəzeti”nin redaksiyasında olublar.
Baş redaktor vəzifəsinə yeni təyin edilmiş Elçin Hüseynbəylinin
redaksiya kollektivinə təqdim edilməsi üçün toplantı təşkil olunub.
Toplantıda Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, birinci
katib Fikrət Qoca, katiblər Çingiz Abdullayev, Arif Əmrahoğlu,
Rəşad Məcid, mətbuat xidmətinin rəhbəri Xəyal Rza,“Ədəbiyyat
qəzeti”nin yeni baş redaktoru Elçin Hüseynbəyli və qəzetin
redaksiya heyəti iştirak ediblər.
AYB sədri Anar çıxış edərək keçmiş baş redaktor Ayaz Vəfalının
səhhəti ilə əlqədar öz ərizəsilə işdən azad olunduğunu və daha
sonra katibliyin iclasında yekdilliklə Elçin Hüseynbəylinin baş
redaktor təyin edildiyini vurğulayıb. O, “Elçin on ildir ki, Ulduz
jurnalının” baş redaktorudur. Bu on ildə etimadları doğruldub və
işinin ödəsindən layiqincə gəlib. İnanırıq ki, yeni vəzifəsində də
özünü subut etməyi bacaracaq” deyə bildirib. Daha sonra “Ədəbiyat
qəzeti”nin əməkdaşları yeni baş redaktoru təbrik ediblər. Sonda
qəzetin baş redaktoru Elçin Hüseynbəyli çıxış edərək rəhbərliyə ona
etimad göstərildiyi üçün minnətdarlığını bildirərək görəcəyi
işlərdən söz açıb. “Ədəbiyyat qəzeti”nin istər fotmatında, istərsə
də materiallarında tezliklə ciddi dəyişikliklər ediləcək.”
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim