
Türk dünyasının tanınmış sənət adamlarının Azərbaycana səfəri aprel ayının 28-də reallaşacaq.
Qonaqları ölkəmizə Azərbaycan Türkiyə Evi (ATEV) rəhbərliyi
dəvət edib.
Türkiyədən tanınmış sənətçi Əhməd Şəfəq, Yakutyadan Yuliyana
Krivoşapkina və Aleksandr Diaçkovski, Sordan tanınmış sənətçi
Çiltis Tannaqaşeva, Altaydan İrina Kenzina, Marina Saksayeva,
Qırğızıstandan Fatima Sultanova, xalq sənətçisi Kenjebek Sadırbekov
bir həftə ərzində Azərbaycanda qonaq olacaq, mədəniyyət xadimləri
və media mənsubları ilə görüşəcək.
Türk dünyası sənətçilərinin Azərbaycana dəvət olunmasında məqsəd
qədim türk mənəvi dəyərlərini yaşadan türk toplumları arasında
mədəni əlaqələrin inkişaf etdirilməsi və onların
tanıdılmasıdır.
Xatırladaq ki, ATEV indiyə qədər Şah İsmayıl-Sultan Səlim və
Atatürk beynəlxalq konfranslarını keçirib. /axsam.az/