Tabloid.az
Adil Mirseyidin ikinci fərdi sərgisi keçiriləcək
Yanvarın 24-də tanınmış sənət adamı – şair-publisist, rəssam Adil Mirseyidin növbəti – ikinci fərdi sərgisi keçiriləcək.
Publika.Az-ın verdiyi xəbərə görə, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin Azərbaycan Rəssamlar İttifaqı ilə birgə təşkil etdiyi bu sənət tədbiri “satış-sərgi” janrında keçiriləcək və xeyriyyə xarakteri daşıyacaq.
Adil Mirseyidin səhhətində uzun müddətdir davam edən problemlər onun uzunmüddətli ciddi müalicə almasını zəruri edib və bu səbəbdən “satış-sərgi”dən əldə ediləcək vəsait onun tədbirdə iştirak edən ailə üzvlərinə təhvil veriləcək ki, sənətçinin müalicəsi prosesinə bir dəstək olsun.
İşadamları, millət vəkilləri, dövlət və qeyri-hökumət təşkilatlarının, KİV-in nümayəndələrinin qatılacağı “satış-sərgi”yə bütün maraqlananlar dəvətlidir.
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri millət vəkili Qənirə Paşayeva ümidvar olduğunu bildirib ki, sənətsevər ictimaiyyətimiz Adil Mirseyidin gözəl sənət əsərlərini seyr etməyə və onları ailələrinə, doğmalarına hədiyyə etmək üçün sərgiyə gələcək, öz dəstəklərini göstərəcəklər. Hər kəs dəvətlidir.
Qeyd edək ki, sərgi Azərbaycan Rəssamlar İttifaqının Art Qalereyasında (Azərbaycan prospekti 11/19 – “Türk Hava Yolları”nın mərkəzi ofisi, DİN və Mərkəzi Univermağın yaxınlığı) keçiriləcək.
Publika.Az
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova