Tabloid.az
“Yarıçılpaq gəzənə "qızım" deyə bilmərəm”– Atası
Aktrisa və aparıcı Kəmalə Quliyevanın xalq artisti Nurəddin Mehdixanlının qızı olmasını sübut edən sənədi paylaşandan sonra xalq artisti sosial şəbəkə vasitəsi ilə məsələyə münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, N.Mehdixanlı bildirib ki, özünü bu sayaq yarıçılpaq şəkillərlə təqdim edən və bu əməliylə fəxr edən hər kim olursa olsun, doğmam olsa belə, mənim qızım ola bilməz:
“Özünə "Nurəddin Mehdixanlının qızıyam" deyən kəs bu cür qəbuledilməz hərəkətə yol verə bilməz. Və mən buna qəti şəkildə etiraz etmişəm. Kəmalə Quliyeva bu etirazı gözləyirmiş kimi bütün saytlara müsahibə verməyə başlayıb.
Hər kəsin səhvləri, günahları ola bilir. Amma 58 yaşlı bir insanı, sənət adamını, bütün ömrünü, həyatını, sağlamlığını, millətinə, mədəniyyətinə sərf etmiş insanı mənəvi terror vasitəsi ilə qatil etmək nə dərəcədə ədalətli və doğrudur?
Mən sosial şəbəkələrdə yarıçılpaq şəkildə özünü reklam edənə hər kim olursa olsun, hər nəyim olursa olsun, "qızım" deyə bilmərəm. Mənim qızım belə olmamalıdır. Məgər mən səhv etmişəm? Qətiyyən. Mən bu məsələdə özümü haqlı sayıram.
Kamran Quliyevden soruşuram: "Sən Kəmalə Quliyevanı qardaşı olaraq qəbul edirsənmi?" Bəlkə də, sən qəbul edirsən, amma mən qəbul etmirəm. Heç vaxt da etməyəcəyəm.
Əllərinizdə tutub hamıya göstərməyə çalışdığınız sənədlər düz də ola bilir, saxta da. Artıq 30 ildən artıqdır ki, o sənədlər sizin və mənim həyatımda nələrisə dəyişdirmək qüdrətində deyil. 30 il ərzində nə mən sizi görmüşəm, nə də ki, siz məni.
Bəlkə də, Kəmalə Quliyeva nələrəsə ümid edirdi, amma o, bütün körpüləri uçurtdu. Heç bir qız lap sevmədiyi atasına belə bu təhqirləri yaşatmazdı”.
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO