
Hər zaman əsgərlər qarşısında çıxış etməkdən zövq alan əməkdar artist Azərin bu dəfə Tovuz rayonuna səfər edib.
Bu barədə Publika.az-a məlumat verən sənətçi əsgərlərə konsert verdiyini dilə gətirib: “Əsgərlərin qarşısında çıxış etməkdən şərəf duydum. Onlara konsert verməkdə mənə yardım edən hər kəsə təşəkkür edirəm. Allah türk əsgərlərini qorusun! Yaşasın Azərbaycan ordusu!”
Cəvahir Səlimqızı