Tabloid.az
Azərbaycanlı rəssamın 4 milyon avroluq əsəri
Azərbaycanlı rəssam Nazim Hacıyevin rəsm əsəri 4 milyon
avroya satışa çıxarılıb. Publika.az-ın məlumata görə, rəssam əsərin
üzərində bir il ərzində hər gün 10 saat işləyib. Yağlı boya ilə
çəkilən "Dinlər tarixi"nin qiyməti 4 milyon 500 min
avrodur.
N.Hacıyevin Çikaqo, İsveç, Finlandiya, Almaniya, Rusiya, Yaponiya
və Türkiyədəki şəxsi kolleksiyalarda əsərləri yer alır. O, 21 il
öncə Antaliyaya köçüb və 2011-ci ildə Türkiyə vətəndaşı olub.
Hacıyev "Dinlər tarixi" əsərini 1997-ci ildə ərsəyə gətirib. Yağlı
boya ilə çəkilən əsər dünyada bu günə qədər var olan 5 dinin
özəlliklərini, müqəddəs məkanları və yaşayış tərzlərini əks
etdirir. Əsər bu günə kimi 3 dəfə sərgilənib.
Azərbaycanlı rəssam "Anadolu" xəbər agentliyinə açıqlamasında rəsmə
marağının uşaq vaxtı atası ilə getdiyi bir sərgidən sonra
başladığını deyib. O, Azərbaycan Dövlət Kinomatoqrafçılar
ittifaqında rəssamlıq etdiyini və müxtəlif filmlərin
dekorasiyasının hazırlanmasında iştirak etdiyini qeyd edib.
"Özümü tanıyandan şəkil çəkirəm. Siqaret çəkən necə bu vərdişi
tərgidə bilmirsə, mən də rəsm çəkməyəndə özümü pis hiss
edirəm".
Onun sözlərinə görə, tabloda həzrəti Adəm, Həvva, Məryəm, Nuh və
Musa peyğəmbərləri, Hitler, Stalin, Şekspir kimi dünya tarixinə
adını yazdıran şəxsləri də görmək mümkündür.
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: polis həmkarlarını öldürdü - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO
-
Region27 Aprel 21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial27 Aprel 21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ27 Aprel 20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO