
Məşhur türk ifaçısı Hülya Avşar bir neçə gün
əvvəl yayımladığı ehtiraslı fotolarla yeni klipinə maraq oyatmağa
çalışmışdı.
ANS PRESS-in məlumatına görə, sənətçi yeni işıq
üzü görən "Aşk büyükse" adlı albomuna daxil etdiyi "A benim
akılsızım" adlı mahnının klipini təqdim edib.
Klip çəkilişləri üçün yaraşıqlı aktyor Pamir Pekin
ilə kamera qarşısına keçən Avşar qızı klipinin əsas çəkilişlərini
Belqrad meşələrində çəkdirib. Klipin rejissorluğunu Kamal Başburğ
edib. Müğənni açıqlamasında klipin bu gündən etibarən Türkiyənin
Kral televiziyasında yayımlanacağını bildirib
Onu da qeyd edək ki, bir neçə gün əvvəl şəkillər
paylaşaraq pərəstişkarlarını həyəcanlandırsa da, gözlənilən
reaksiya alınmayıb. Belə ki, klipdə gözlənilən kimi
təəccübləndirici heç bir səhnə olmayıb.