Tabloid.az
“Əlincəqala” abidəsi bərpa edilir (FOTO)
Naxçıvan Muxtar Respublikasının Culfa rayonundakı
“Əlincəqala” tarixi abidəsinin bərpası sürətlə davam
etdirilir.
ANS PRESS-in məlumatına görə, Naxçıvan Muxtar Respublikası Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin və AMEA Naxçıvan Bölməsi
abidənin elmi-bərpa layihəsini hazırlayıb.
AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bildirib ki, əvvəllər qalanın
iki əsas girişi olub. Bu girişlərdən biri Culfa-Qazançı yolunun sağ
tərəfindədir. Bərpa işlərinə bu hissədən başlanması məqsədəuyğun
hesab edilib və Əlincə dağının müəyyən hissəsinədək, daha doğrusu,
qala istehkamlarına qədər torpaq yol çəkilib. Dağın müəyyən
hissəsinə yol çəkilsə də, bərpa üçün zəruri olan tikinti
materialları qalaya əllə və digər yardımçı vasitələrlə qaldırılır.
Qalanın üstü nəhəng tikinti meydançasını xatırladır. Az müddət
keçməsinə baxmayaraq, burada xeyli bərpa işləri görülüb, qalanın
şərq və qərb darvazaları bərpa edilərək əvvəlki vəziyyətinə
qaytarılıb. İri qaya parçalarından inşa edilən qala divarlarının
bərkidilməsi üçün əsasən əhəng məhlulundan istifadə edilib.
Vəli Baxşəliyev vurğulayıb ki, təmir və bərpa işlərinə rəhbərlik
edənlər nəinki divarların əslinə uyğun şəkildə bərpasına səy
göstərib, həmçinin bu əvəzedilməz abidənin neçə min il bundan
əvvəlki əzəmətli görkəmini də göstərməyə nail olublar. Qalanın
üzərində yerləşən binaların təmizlənməsi nəticəsində onların ilkin
forması müəyyənləşdirilib. Bərpa və təmizləmə işlərindən sonra
məlum olub ki, qalanın yuxarı səki hissəsindəki binaların bir qismi
yaşayış sahəsi kimi, bir qismi isə ictimai bina kimi istifadə
olunub. Burada süvarilərin atlarını saxladığı tövlələr, ərzaq
anbarları və çörək bişirmək üçün təndirlər aşkar edilib. Evlərin
qızdırılmasında kiçik təndirlərdən və buxarılardan istifadə olunub.
Bir-birinin yaxınlığında yerləşən mənzillər əsasən birotaqlıdır.
Bəzi otaqların arxa divarlarında dördkünc formalı taxçalar, evlərin
içərisində isə kiçik təndirlər, həvənglər, əl dəyirmanları aşkar
olunub. Bir sözlə, təmir-bərpa işləri zamanı qalada yaşayan
insanların həyat tərzini özündə əks etdirən xeyli faktlar üzə
çıxarılıb.
“Əlincəqala” tarixdə Azərbaycan xalqının əyilməzlik və mübarizlik
rəmzi kimi böyük şöhrət qazanıb. Bu qala 1387-1401-ci illərdə, yəni
14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərib.
Bəzi mənbələrdə qeyd edilir ki, Hindistana yürüşdən geri qayıdarkən
Əmir Teymur artıq tərk edilmiş qalaya daxil olur və onun
möhtəşəmliyinə heyran qalır. “Əlincəqala” yazılı qaynaqlarda VI
əsrdən etibarən xatırlanır. Qalanın xatırlandığı ən qədim mənbə
“Kitabi-Dədə Qorqud” dastanıdır. “Əlincəqala” haqqında
tarixçilərdən Nəsəvi (XIII əsr), Şərafəddin Əli Yəzdi (XV əsr),
türk səyyahı Övliya Çələbi (XVII əsr) və başqaları məlumat
veriblər.
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO