Publika.az-ın əməkdaşı mükafatlandırıldı – FOTO
Bizi izləyin

Tabloid.az

Publika.az-ın əməkdaşı mükafatlandırıldı – FOTO

“3-cü Sektor” İctimai Birliyi bir qrup media təmsilçisini və ictimai xadimi "Mətbuatın Dostu" mükafatına layiq görüb. Milli Mətbuat Günündə keçirilən tədbir zamanı mükafatlandırılanlar sırasında Publika.az saytının əməkdaşı Cəvahir Səlimqızı da olub. Jurnalistika fəaliyyətində xidmətlərinə görə qiymətləndirilən qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Mükafata layiq görülənlər sırasında millət vəkili Qənirə Paşayeva da olub. Ölkənin siyasi-ictimai həyatında oynadığı rola, öz fəaliyyətində daim mətbuata dəstəyinə görə mükafat üçün təşkilatçılara təşəkkür edən millət vəkili Qənirə Paşayeva “Bu mükafatlara, bu etimada layiq olmaq üçün daha da çox çalışmalı olduğumu bilirəm və inşallah, Allah bunu bizə nəsib edər” deyib: " Bu şərəfli peşənin adını uca tutan, onu nüfuzdan salmayan, cəmiyyətdə etimadı zədələməyən, daim jurnalistikanın prinsiplərinə sadiq olaraq bu adı ucalara qaldıran bütün jurnalistləri, mətbuat işçilərini Milli Mətbuat Günümüz münasibəti ilə təbrik edirəm. 22 iyul 1875-ci ildə "Əkinci" qəzeti ilə bu qüruru bizə yaşadan böyük Həsən bəy Zərdabi və mətbuatımızın inkişafı üçün ömrünü fəda etmiş bütün böyük aydınları isə rəhmətlə yad edir və qarşılarında baş əyirik".

Tədbirin aparıcısı Sədaqət Rəşidqızı və Zabir Əliyev idi.

Gecə sevilən müğənnilərin çıxışı ilə davam etdi.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm