Tabloid.az
Nərgiz Paşayeva tədbirdə (FOTO)
Azərbaycan Respublikası Nazirlər Kabinetində ölkəmizdə
səfərdə olan Oksford Universitetinin alimləri ilə görüş
keçirilib.
ANS PRESS-in məlumatına görə, baş nazirin müavini Elçin Əfəndiyev
görüşdə dünyanın ən qədim və nüfuzlu təhsil ocaqlarından biri
sayılan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və
Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılmasını Azərbaycan
ədəbiyyatına və mədəniyyətinə verilən ən böyük qiymət adlandırıb.
Belə bir mərkəzin yaradılmasının elmi əhəmiyyətini vurğulayan
E.Əfəndiyev bu əlamətdar hadisənin Azərbaycan dili, ədəbiyyatı,
tarixi, mədəniyyəti ilə yanaşı, gələcək nəsillərin elmi
potensialının zənginləşdirilməsi baxımından xüsusi önəm daşıdığını
söyləyib.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının
rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva Oksford
Universitetində yaradılmış Elmi Mərkəzin Azərbaycan və ölkənin
yerləşdiyi Qafqaz regionunun tarixi və mədəniyyətinin araşdırılması
üzrə Böyük Britaniyada təsis edilən ilk elmi tədqiqat ocağı
olduğunu deyib. Oksford Universiteti ilə əməkdaşlığın uğurlu
nəticələrinin olacağına inandığını qeyd edən N.Paşayeva Azərbaycan
alimlərinin, şərqşünaslarının, türkoloqlarının əsərlərinin belə bir
müstəvidə bu ali təhsil ocağının alimlərinə tanıdılacağından
məmnunluğunu bildirib.
Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun professoru,
Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu və Oksford Analitika
tədqiqat mərkəzinin üzvü Edmund Herzig, Şərqşünaslıq İnstitutunun
professoru və Nyu York Universitetinin Antik Araşdırmalar
Mərkəzinin aparıcı elmi tədqiqatçısı Robert Hoyland, Şərqşünaslıq
İnstitutunun ərəb filologiyası və ərəbşünaslıq üzrə müəllimi Culyan
Foltles göstərilən diqqətə görə təşəkkür ediblər. Qonaqlar
Azərbaycanın elm xadimlərinin əsərlərinin tərcümə olunaraq geniş
ingilisdilli auditoriyaya tanıdılmasını vacib saydıqlarını qeyd
ediblər.
Xatırladaq ki, Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq
Elmi Mərkəzinin yaradılması professor N.Paşayevanın təşəbbüsü ilə
həyata keçib və bu, M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialının və Oksford Universitetinin birgə
layihəsidir.
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO