Tabloid.az
Məhşur "Celtic Legends" rəqs qrupu ilk dəfə Azərbaycanın qonağı olacaq
"SA Organization" artıq 15 ildir ki öz fəaliyyəti ilə adı
haqqında kifayət qədər təsəvvür yarada bilib. Selahattin Atalay
tərəfindən yaradılan şirkət bu illər ərzində istər ölkə daxilində,
istərsə də ölkədən kənarda bir sıra iri konsert layihələrini
reallaşdırmağa müvəffəq olub.
Şirkət Rusiya, Qazaxıstan, Ukrayna və bir çox ölkələrdə tanınmış
ulduzların unudulmaz konsert proqramlarını təşkil edib. Ölkəmizdə
bu işin təməlini qoyan şirkət kimi, "SA Organization" işinə
mükəmməl və peşəkarcasına yanaşaraq indiyədək tanınmış ifaçılardan
İbrahim Tatlıses, Nilufer, Ajda Pekkan, Alişan, Ingrid Alberini,
Imagination, məşhur rəqs qruplarından olan "Anadolu ateşi",
"Tararam", "Şaman", həmçinin Ruslana, Kenan Doğulu və s.
məşhurların konsert layihələrinə imza atıb. Bu gün isə SA
Organization" yeni konsert layihəsi ilə görüşünüzə gəlib.
Dünyaca məhşur step rəqsinin usta ifaçıları "Celtic Legends" rəqs
qrupu ilk dəfə olaraq Azərbaycanın qonağı olacaq. Əfsanəvi rəqsləri
ilə hər zaman dünyanın diqqət mərkəzində olan qrup sözün əsl
mənasında Azərbaycan tamaşaçılarına tam fərqli bir gecə
yaşadacaq.
1 və 2 mart tarixlərində Heydər Əliyev Sarayında baş tutacaq
konsert proqramında tamaşaçılar professional rəqqasların
sərgiləyəcəyi step rəqsinin ahəngindən zövq alacaqlar.
"Celtic Legends" qrupu 2001-ci ildə İrlandiyanın Konnemara
torpaqlarında irland musiqisinə və rəqsinə böyük töhfələr vermiş
Qalveydən olan gənc istedadlar tərəfindən yaradılıb. Rəqqaslar
tamaşaçılarının nəzərində daima fərqli performansları ilə yadda
qalıblar. Qrupun bütün rəqqasları erkən yaşlarından dünyaca məhşur
rəqs yarışmalarının qalibi olublar. Qrup hər zaman öz tamaşaçısını
milli irland rəqsinin sehrli ilə ovsunlayıb. Qrupun xoreoqrafı
Jakinta Şarpe, musiqi direktoru Sin Makkarti və dünyaca məhşur
qəhrəmanı Uilyam Boltdur. /Trend/
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO