Tabloid.az
Bakıda “Parodiyalar paradı”
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının
sentyabr repertuarı maraqlı tamaşalarla zəngindir.
Məlumata görə, teatrın kollektivi 94-cü mövsümü sentyabrın 20-də
İlyas Əfəndiyevin “Büllur sarayda” tamaşası ilə açacaq.
Teatrsevərlər sentyabrın 21-də Pedro Kalderonun “Məhəbbətlə zarafat
etmirlər” lirik komediyasına, ayın 26-da Nizami Gəncəvinin “Yeddi
gözəl” poeması əsasında hazırlanmış eyni adlı tamaşaya, 27-də Rey
Kuninin “Həddən ziyadə evli taksi sürücüsü” komediyasına baxa
bilərlər.
Sentyabrın 29-da isə yeni mövsümün ilk premyerası “Parodiyalar
paradı” təqdim ediləcək.
Teatrın kollektivi həmişə olduğu kimi, bu mövsümdə də uşaqları
yaddan çıxarmayıb.
Balaca tamaşaçılar sentyabrın 21-də Yekaterina Çernyakın “Gözəl
Vasilisa”sına, ayın 22-də A.Puşkinin “Çar Saltan, knyaz Qvidon və
Qu quşu şahzadəsi haqqında nağıl”ına baxa bilərlər.
Sentyabrın 27-də Vladimir Neverovun “Nağılı tap!-1”, ayın 28-də
Valentina Reznikovanın “Maşa və ayı” tamaşaları göstəriləcək.
/anspress/
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ