Tabloid.az
Milli Dram Teatrında yeni tamaşanın premyerası olacaq
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında serb yazıçı-dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında hazırlanan “Nazirin xanımı” tamaşasının premyerası keçiriləcək.
Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsayev, rejissor assistentləri Əməkdar Mədəniyyət İşçisi Rəfiqə Musayeva və Vüqar Məmmədovdur.
Tamaşada əsas rolları - xalq artistləri Bəsti Cəfərova, Hacı İsmayılov, əməkdar artistlər Tofiq Hüseynov, Şəlalə Şahvələdqızı, Aslan Şirinov, Məsmə Aslanqızı aktyorlar Vüsal Mustafayev, Ləman İmanova, Əminə Babayeva və başqaları ifa edəcəklər.
Satirik əsərdəki hadisələr partiyadaxili münaqişələrin baş alıb getdiyi ölkəyə yeni baş nazir təyin olunması ilə başlayır. Əvvəllər kasıb yaşamış nazirin xanımı ərinin yeni vəzifəsindən xoşhallanaraq bütün nazirliyi özü idarə etməyə başlayır. Kimisini işə düzəldib, kimini işdən çıxaran nazir xanımı beləcə özü də bilmədən ərinin işinə əngəl törədir.
Bu satirik əsəri Azərbaycanda ilk dəfə 1970-ci ildə görkəmli rejissor Tofiq Kazımov səhnələşdirmişdir.
-
Dünya06:49
Bu ölkədə havanın temperaturu 52 dərəcəyə çatdı
-
Dünya05:15
Ərdoğandan İtaliyaya Fələstinlə bağlı ÇAĞIRIŞ
-
Dünya03:18
Məşhur vulkan yenidən püskürdü
-
İdman02:00
UEFA Konfrans Liqasının qalibi məlum oldu
-
Qoroskop00:25
Günün qoroskopu: ideyaların reallaşdırılması üçün uğurlu gündür
-
Nida Xəbər 29 May 22:28
Ceyhun Bayramov Pakistanda səfərdədir
-
Magazin229 May 21:52
Kadir İnanır yenidən xəstəxanaya yerləşdirildi
-
MDB29 May 20:50
Qadın ərini öldürmək üçün 4 min manata killer tutdu: Görün nə baş verdi