Tabloid.az
Rəqsanə: “Qanun hamı üçün eynidir”
Ötən gün mətbuatda müğənni Rəqsanə İsmayılovanını qızı Aysunun yazılan fikirləri birmənalı qarşılanmayıb.
Qeyd edək ki, Aysun İsmayılovanın yol hərəkəti qaydalarını pozduğu halda anasının adından istifadə edərək DYP əməkdaşları tərəfindən sərbəst buraxıldığını qeyd olunub.
Bu açıqlamaya Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqədar şöbəsinin rəisi Vaqif Əsədovdan açıqlama gəlib. O, ictimaiyyətin tanıdığı xanımlara yol hərəkəti qanunlarını pozduğu halda cəriməsiz, xəbərdarlıqla buraxıldığını bildirməklə, eyni zamanda sərt danışıb: “Bundan kimsə istifadə edib və bu mövzunu gündəmə gətirirsə, onlar bundan sonra bərk cəzalanacaqlar”.
Qanunların hamı üçün eyni olduğunu bildirən Rəqsanə xanım Aysunun fikirlərini bu qədər ictimayiləşdirilməsindən narahatlığını gizlətməyib:
“Aysunun avtomobili və sürücülük vəsiqəsi yoxdur. Ona görə də, hələki maşın sürmür. Getdiyi yerlərə bacım oğlu aparır.
Həmin avtomobildə ciddi xətalar törətməyib, çünki sürücünün təcrübəsi olduğu üçün qızımı ona etibar edirəm. Yol polisi kiçik səhvlərə görə saxlayıb və bu zaman Aysun belə bir ifadə işlədib. Bu da hər dəfə baş vermir.
Yol polisi bir sənətçi kimi məni də tanıyır. Mənim də efirə və ya tədbirə tələsdiyim vaxtlarda yol hərəkətini pozmuşam və pratokol tərtib olunub, cəriməmi ödəmişəm. O demək deyil ki, mənə və ya qızıma hər dəfə güzəşt olunmalıdır.
Qanunlarımızı bilirik və buna tabeyik. Sadəcə, Aysun Azərbaycan xanımına göstərilən hörmətdən söz açıb. Güzəşti hər bir xanım üçün göstərilə bilər. Bu da mentalitetimizdən, zəif cinsin nümayəndəsi olmağımızdan irəli gəlir.
Qanunu pozan şəxsi cəzalandırmaq isə səlahiyyətli şəxslərin səlahiyyətindədir. Xahiş edirəm, övladımın və mənim adımdan deyilən kiçik bir söz şişirdilib, ictimailəşdirilməsin”.
Zəminə
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin17 May 21:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Nida Xəbər 7 May 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial7 May 19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU