Tabloid.az
İşğal günü toyda oxuyan müğənnilər danışdı – FOTOLAR, ÖZƏL
Füzuli rayonunun işğal günü Şəmkirdə toy məclisində çıxış etdikləri bildirilən müğənnilər Publika.az-a danışdılar.
Xəbəri elə gecəykən saytdan oxuduqlarını deyən Xəzər televiziyasının “Hər şey daxil” proqramının aparıcıları, əkiz müğənni bacılar Sevil və Sevinc məlumatı oxuyanda çaş-baş qalıblar. Şəmkirdə toyda olduqlarını deyən bacılar gah nala vurdular, gah da mıxa: “Hə, Şəmkirdə toyda olmuşuq…”
“Həmin gün Füzulinin işğal günü olduğunu, yəqin, unutmuşdunuz” sualından sonra isə toyda gah saat dörddən sonra oxuduqlarını, gah da toyun avqustun 24-də baş tutduğunu bildiriblər.
Elə Rəqsanənin prodüseri də məsələdən yayınmağa çalışdı. O, bizdən əvvəlcə dəlil-sübut istədi. Dəlil-sübutun olduğunu bildirəndə isə başqa çıxış yolu qalmadı: “Fikirləşəcəyik, əgər biz açıqlama verməli olsaq, birinci sizə verəcəyik”.
Elton Hüseynovun telefonunu elə üzümüzəcə qapadılar. Xalq artisti Aygün Kazımovanın isə sorağı, həmişə olduğu kimi, Türkiyədən gəldi.
Xatırladaq ki, Füzuli rayonunun işğal günündə bir qrup müğənni toy mərasimində iştirak edib.
Toy mərasimində iştirak edən dəvətlilərdən birinin Publika.az-a verdiyi məlumata görə, həmin gün Şəmkir rayonunda baş tutan toy mərasimində xalq artisti Aygün Kazımova, Elton Hüseynəliyev, Rəqsanə, Xəzər Televiziyasının “Hər şey daxil” verilişinin aparıcıları - əkiz müğənni bacılar Sevil və Sevinc müğənni qismində iştirak ediblər.
Müğənnilər toydan şəkilləri “Instagram”da yerləşdirsələr də, sonradan onları siliblər.
Cəvahir Səlimqızı
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
-
İdman19:00
Ronaldo və Messi komanda yoldaşı ola bilərlər - Prezident ŞANS AXTARIR
-
Magazin218:36
Rihanna imicini kökündən dəyişdi - FOTO
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...