Tabloid.az
Heydər Əliyev rolunu canlandıran aktyor kimdir? - FOTOLAR
Azərbaycanın mərhum prezidenti Heydər Əliyev haqqında “İnsanları xilas etməyə gedirəm” adlı film çəkilir.
AzVision.az xəbər verir ki, filmin bütün detalları ilə Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva məşğul olur.
Filmdə Heydər Əliyev obrazını Rusiyanın məşhur aktyoru Proxor
Dubravin, həyat yoldaşı Zərifə Əliyevanı isə Elena Padova
canlandıracaq.
Filmdə Heydər Əliyevin qayınatası Əziz Əliyevin obrazını isə
türkiyəli aktyor Saruhan Hünel canlandırır. Filmin çəkimləri 17
aydır davam edir.
Ekran işi Hollivuddan gələn xüsusi bir qrup tərəfindən montaj
ediləcək.
Heydər Əliyevin rolunu oynayan aktyor kimdir?
Dubravin Proxor 18 iyul 1976-cı ildə Rusiyanın Nabrejnie Çalnı
şəhərində anadan olub. 1983-cü ildən 35 nömrəli gimnazıyada təhsil
almağa başlayıb. 1993-cü ildə məktəbi bitirərək Kam Politexnik
İnstitutunun sənaye və vətəndaş tikintisi ixtisasına daxil olub.
Lakin o birinci semestrdən sonra bu institutu tərk edib.
1994-1995-ci illərdə hərbidə olub.
O, 1999-cu ildə Yaroslav Dövlət Teatr İnstitutuna daxil olur.
2003-cü ildə bu İnstitut bitirir. 2003-2005-ci illərdə Moskvada
“Kinotamaşa” teatrında işləyib. 2004-2005-ci illərdə “Zvezda”
telekanalında “Köhnə çardağın hekayələri” adlı uşaq proqramını
aparıb. 2004-cü ildən etibarən kinolarda çəkilməyə başlayıb.
2011-ci ilin aprelində ad və soyadını rəsmi olaraq Proxor Dubravinə
dəyişib.
Zərifə Əliyevanın rolunu canlandıracaq Elena Padova ilə bağlı nə
qədər axtarış etsək də, onun kim olması barədə məlumat əldə edə
bilmədik.
Qeyd edək ki, filmi rejissor və “Space” kanalının prezidenti Vaqif
Musatafayev çəkir.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı