Tabloid.az
Milli geyimlərin fərdi yaradıcılıq sərgisi
Sentyabrın 17-də “Yeni Gallery” Bakı İncəsənət Mərkəzində dekorativ tətbiqi sənəti üzrə rəssam Kəmalə K.Janssonun “Azərbaycan milli geyimləri” adlı fərdi yaradıcılıq sərgisi açılacaq. Mərkəzdən Publika.az-a verilən məlumata görə, sərgi sentyabrın 20-dək kimi davam edəcək.
Kəmalə Kərimova 1971-ci ildə Bakıda anadan olub. 1986-1989-cu illərdə 84 nömrəli orta texniki peşə məktəbini çini və saxsı məmulatlarının rəngkarlığı ixtisası üzrə bitirib. Bir sıra mədəniyyət müəssisələrində rəssam kimi çalışıb. Dörd ildir ki, İsveçin Onge əyalətində yaşayan K.Kərimova 2011-ci ildə bu əyalətdə “Azərbaycan milli geyimləri və tikmələri” adlı şəxsi muzey yaradıb.
Rəssamın həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgiləri keçirilib. Dekorativ tətbiqi sənət ustasının məqsədi Azərbaycanın milli geyimləri və tikmələrini olduğu kimi təbliğ etmək və dünyaya tanıtdırmaqdır.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bavariya"nın baş məşqçi postuna yeni favorit BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin17 May 21:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO