Tabloid.az
Azərbaycanlı rejissorun filmi Hindistanda göstəriləcək - FOTOLAR
Sentyabrın 27-də Hindistanda keçiriləcək “İndian Cine Film Festival- 2014” beynəlxalq kinofestivalında Azərbaycanı Şamil Əliyevin ekranlaşdırdığı “Çölçü” filmi təmsil edəcək.
Belə ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Çölçü” filmi beynəlxalq kinofestivalın rəsmi müsabiqəsində iştirak etmək üçün dəvət alıb. Bu barədə Publika.az-a filmin rejissoru məlumat verib.
Festivalın rəsmi müsabiqəsində bədii filmlər, qısa filmlər, sənədli filmlər, animasiya filmləri yarışacaq. Seçim turunun əsas mərhələsinə 30 ölkədən 147 film qəbul olunsa da, müsabiqədən 54 film keçib.
“İndian Cine Film Festival- 2014”ün məqsədi möhtəşəm kinematoqraf ideyalarının yarışması, mübadiləsi və inkişafına, yeni istedadların üzə çıxmasına imkan yaratmaqdır.
“Çölçü” bədii filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.
Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.
Filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonra həyatında baş verənlər üzərində qurulub.
“Çölçü” bədii filmi 22 beynəlxalq kinofestivalı və forumlarda iştirak edib, mükafat və diplomlara layiq görülüb.
Cəvahir Səlimqızı
-
Dünya04:44
ABŞ super donuzlar tərəfindən İŞĞAL EDİLƏ BİLƏR
-
Magazin104:14
Aygün Kazımova final matçında şou göstərdi - VİDEO
-
Nəqliyyat02:12
Bazar günləri parklanma ilə bağlı qanunsuz ödənişlər alınır?
-
Dünya01:41
Dəhşətli AİLƏ FACİƏSİ: arvadını və yeddi qohumunu baltaladı, özü isə...
-
Sosial01:11
Çingiz Qənizadəyə ağır itki üz verdi
-
Qoroskop00:00
Günün ULDUZ FALI: onun əsarətinə düşə bilərsiniz
-
Magazin12 İyun 23:24
"Evli ola-ola subay qızlara girişirlər, sonra da..." - FOTO
-
Avropa2 İyun 21:48
Zelenskidən Fələstin AÇIQLAMASI: "İki dövrü qarışdırmayın"