Tabloid.az
Türkiyənin məşhur aktrisası Bakıya gəlir – FOTOLAR
Oktyabrın 10-17-də Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakıda keçiriləcək möhtəşəm Türkiyə Caz Festivalının ikinci günündə çıxış edəcək qrupun adı açıqlanıb.
Təşkilatçıların Publika.az-a verdiyi məlumata görə, oktyabrın 11-də F.Ö.N. qrupu möhtəşəm ifaları ilə, Zeytun-Park Bulvarda Bakı musiqisevərlərinin qarşısında çıxış edəcək. Qrup üzvləri Feride Berin Öget, Özay Fecht və Nülüfer Verdi Türkiyənin önəmli misiqiçilərindən sayılır. Qrup üzvləri Azərbaycanda konsert vermələrindən çox məmnun olduqlarını bildiriblər. Məlumat üçün bildirək ki, qrupun ən gənc üzvü Feride Berin 2002-ci ildə TRT İstanbul Radiosu Uşaq Xoru ilə bir çox konsertlərdə iştirak edib. 2003-ci ildə Mərmərə Kollecində verdiyi konsertdə məşhur ifaçı Nil Kocamangil ilə birlikdə öz bəstəsini səsləndirib.
2013-2014-cü ildə isə əslən Cənubi Azərbaycandan olan musiqiçi Ramin Farhangniya ilə işə başlayıb. Feride Berin Öget müxtəlif təhsil müəssisələrində violonçel, piano, solfecio və harmoniya dərsləri verir.
Nilüfer Verdi isə Türkiyə caz musiqisində sözünü demiş insanlardan biridir. Xanım cazmen gənc yaşlarından piano çalmağa başlayıb. Türkiyədə və xaricdə bir çox önəmli caz ustadları ilə işləyib. Türkiyənin dəyərli xanım caz sənətçilərindən biri olan Nilüfer Verdinin “Mana” və “İzhar” adlı iki albomu var.
Qrupun digər üzvi Özay Fecht Türkiyədə tanınmış aktrisalardan biridir. Alman, ingilis, fransız, ispan dillərini mükəmməl bilən Özay, Türkiyədə 50-yə yaxın kino və serialda rol alıb. Eyni zamanda, Ö.Fecht aktrisalıqla yanaşı, peşəkar musiqi ilə də məşğul olub.
Qeyd edək ki, F.Ö.N qrupunun konsertinə giriş pulsuz olacaq.
Cəvahir Səlimqızı
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ