Tabloid.az
Gənc müğənniyə klip hədiyyə etdilər – FOTO
“Xalq ulduzu” yarışmasındakı iştirakından sonra yaradıcılığında durğunluq yaşanan müğənni Zaur Həsənov yenidən səhnəyə qayıtdı.
İfaçı bu gün Beynəlxalq Mətbuat Mərkəzində yeni “Səni həm sevəcəyəm, həm unudacağam” adlı klipi ilə jurnalistlərin qarşısına çıxdı.
Publika.az-ın məlumatına görə, sənət dostlarını və media nümayəndələrini bir araya toplayan müğənni klip haqda təəssüratlarını bölüşdü:
"Mahnıya Əhməd Əli ekran həyatı verib. Bu mənim ifaçı kimi ilk klipim olduğu kimi, rejissorun da ilk işidir. Klip mənə yaxın dostum tərəfindən hədiyyə olunub. "Xalq ulduzu" müsabiqəsindən sonra maddi çətinliklərim və şəxsi həyatımda problemlər oldu. Sənətdən uzaqlaşdım. Artıq sənətimlə məşğul olmağın vaxtıdır... Türk sənətçilərinə çox qulaq asıram. Ona görə ifamı Alişana bənzədirlər" - , deyə sənətçi bildirib.
“Səni həm sevəcəyəm, həm unudacağam” adlı mahnın musiqisi Ruslan Səfəroğluna, sözləri isə Samir Əfsəroğluna məxsusdur. Klipin süjet xətti sevgidən bəhs edir və paytaxt məkanlarında lentə alınıb.
Dəvət olunan başqa sənətçilər Lamiyə Novruzova, Aysel Əlizadə, İbrahim Borçalı, Vüsal Əliyev, Afaq Aslan, Sevinc Ağaşirinova, Elgün Hüseynov və "Cahan qrupu"nun solistləri də vardı.
Cəvahir
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO