Tabloid.az
Millət vəkilləri müğənni qızının toyunda – ÖZƏL+FOTOLAR
Tanınmış aşıq-müğənni Solmaz Kosayeva paytaxt restoranlarının birində qızı Ülkərə toy çaldırıb.
Publika.az-ın da qatıldığı toy mərasimində tanınmış şou-biznes nümayəndələri, mədəniyyət mənsubları ilə bərabər, millət vəkilləri də iştirak edib. Toyun aparıcıları İncəsənət Universitetinin müəllimləri Zülfiyyə xanım və Əlizaman müəllim olublar.
Millət vəkilləri Nizami Cəfərov və İqbal Ağazadə Solmaz Kosayevanı təbrik edərək ona əziz qızının xoş günündə xoşbəxtlik arzulayıblar: “Solmaz xanım, siz türk dünyasının ən gözəl sənətkarlarından birisiniz. Sizin sazınız, avazınız hər zaman bizləri feyzyab edib. Sizin sənətinizə böyük dəyər veririk. Qızınıza xoşbəxtlik arzulayırıq”.
Şairə Nazilə Səfərli gəlinə brilyant qaşlı üzük də hədiyyə edib.
Bundan sonra hər iki millət vəkili Solmaz Kosayevaya qoşularaq qol qaldırıb oynayıblar.
Toy xalq artisti Qəndab Quliyevanın mahnıları ilə başlayıb. Ardınca Vasif Məhərrəmli, Aşıq Samirə, Aşıq Telli Borçalı, Nüşabə Ələsgərli, Aşıq Namiq və digər sənətçilərin musiqi töhfələri ilə məclis daha da qızışıb. Sözügedən aşıqların Solmaz Kosayeva ilə birgə təqdim etdiyi kompozisiya toy şənliyinə məxsusi gözəllik qatıb.
Ən maraqlı məqam isə toyda keçmiş və unudulmuş ənənənin dirçəldilməsi - nəmərin paylanması olub. Belə ki, gəlinin anasının sürprizi olan nəmər – balaca səbətlərdə konfetlər – toy iştirakçılarına paylanıb. Məclisdə yalnız Azərbaycandan olan qonaqlar deyil, aşıq-müğənni Solmaz Kosayevanın sazına-sənətinə hörmət bəsləyən türk və Cənubi Azərbaycandan olan dostları - heyranları da qatılıb.
Qeyd edək ki, Ülkərin nişanlısı olan təzə bəy Məhmət əslən Qərbi Azərbaycanın Vedi bölgəsindəndir, məşhur Abbasqulu Ağa Şadlinskinin bacısı nəvəsidir. Hazırda İqdır vilayətində yaşayır.
İxtisasca hüquqşünas olan Məhmət bəy gəlini də özü ilə İqdır vilayətinə aparıb. Qardaş ölkədə Məhmətlə Ülkər üçün daha bir toy mərasimi çalınacaq.
Cəvahir Səlimqızı
Fotlar: Müəllifindir
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ