Tabloid.az
Musiqiçilərimiz İstanbulda konsert verib
Türkiyənin Yedditəpə Universitetində fəaliyyət göstərən Bakı Musiqi Akademiyasının dosenti, azərbaycanlı pianoçu İslam Manafov müəllifi olduğu “Uşaqlar və gənclər ilə musiqiyə səyahət” layihəsi çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə bu şəhərdəki Camal Rəşid Rey Konsert Salonunda geniş konsert proqramı ilə çıxış edib.
Türkiyənin elm və mədəniyyət xadimlərinin, görkəmli sənətçilərin qatıldıqları konsertdə şəhərin ayrı-ayrı musiqi məktəblərinin şagirdləri, universitet tələbələri, eyni zamanda, İ.Manafovun övladları və tələbələri olan beynəlxalq müsabiqələrin laureatları, pianoçu və bəstəkarlar Abuzər və Turan Manafzadələr də çıxış ediblər.
İ.Manafov musiqinin yaranması, cəmiyyətdəki yeri və rolu barədə fikirlərini bölüşüb. O, oktyabr ayında Azərbaycanda və Türkiyədə müstəqillik günlərinin keçirildiyini diqqətə çatdıraraq qeyd edib ki, hər iki ölkədə Vətənə məhəbbəti, xalqlarımızın azadlıq mübarizəsini, təbiət gözəlliklərini özündə ehtiva edən mahnılar və musiqi əsərləri dünya musiqi səhnəsində özünə layiqli yer tuta bilib.
Uşaqlarda və gənclərdə musiqiyə həvəs yaratmaq, musiqini insanlara sevdirmək və maarifçilik məqsədilə təşkil olunan konsertdə dünya və Azərbaycan musiqilərindən seçmələr müxtəlif alətlərdə ustad sənətçilərin və gənclərin ifasında səsləndirilib.
Qeyd edək ki, İ.Manafov ötən il eyni adlı layihə əsasında beş konsert verib.
Bu ilin sonunadək daha altı konsertin təşkili nəzərdə tutulub.
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək