Tabloid.az
Cabbar Qaryağdıoğlu adına musiqi məktəbinin yeni binasının açılışı olub - FOTO
Bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Cabbar Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbi üçün yeni inşa edilmiş binanın açılış mərasimi oldu.
Publika.az xəbər verir iki, mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Bakı şəhərində fəaliyyət göstərən bir neçə incəsənət və musiqi məktəblərinin direktorları və rayon icra hakimiyyətinin nümayəndələri iştirak edirdilər.
S.Məmmədəliyeva görkəmli sənətkarın adının əbədiləşdirildiyi musiqi məktəbinin yeni binasının istifadəyə verilməsini mədəni ictimaiyyət üçün əlamətdar hadisə kimi dəyərləndirib. Azərbaycan Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə paytaxtımızda və regionlarda mədəniyyət ocaqlarının yenidən qurulduğunu və inşa edildiyini diqqətə çatdıran nazir müavini bu sahəyə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib. O, əminliklə vurğulayıb ki, musiqi məktəbində yaradılan şərait burada təhsil prosesinə də müsbət təsirini göstərəcək.
Qeyd edilib ki, məktəbin üçmərtəbəli binası 23 fərdi və 5 qrup məşğələ otağından, yeməkxana, 3 sanitar qovşağı, anbar, 2 xor otağı, 2 zərb alətləri otağı, 7 inzibati otaq, oxu və akt zalı, 2 qrim otağından ibarətdir.
Sonda məktəbin şagirdlərinin ifasında konsert proqramı təqdim olunub.
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO