Tabloid.az
Londonda Azərbaycan İncəsənəti Festivalının açılışı oldu
“Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda “Buta” II Beynəlxalq Azərbaycan İncəsənəti Festivalının açılış konserti olub.
Publika.az-ın məlumatına görə, məşhur “Royal Albert Hall” konsert
salonunda təşkil olunan qala konsertdə Azərbaycan bəstəkarları
Üzeyir Hacıbəyli, Fikrət Əmirov, İsfar Sarabski, Soltan Hacıbəyov,
Azər Rzayev və Fərhad Bədəlbəylinin repertuarlarından əsərlər
səsləndirilib.
Cazmen Şahin Növrəslinin çıxışı maraqla qarşılanıb. Dünyaşöhrətli
tenor Andrea Boçelli də konsertdə çıxış edib.
Əsərlərin ifasını respublikanın əməkdar artisti, pianoçu Murad Hüseynov kimi yerli sənətçi ilə yanaşı, əcnəbi sənətçilər də müşayiət ediblər. Açılış konserti geniş tamaşaçı auditoriyasını özünə cəlb edib.
“Buta” İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev deyib ki,
festivalının təşkilində məqsəd beynəlxalq ictimaiyyəti Azərbaycan
incəsənəti və mədəniyyəti ilə yaxından tanış etməkdir.
“Buta” Azərbaycan İncəsənəti Festivalı bu il “Azerbai-WOW” devizi
altında keçirilir. Beş ay davam edəcək festival Azərbaycan
mədəniyyətini, incəsənətini və mətbəxini təbliğ edəcək.
Festival çərçivəsində həmçinin Azərbaycanın müasir rəssamlarının
əsərlərindən ibarət ictimai incəsənət seriyasının nümayişi də
planlaşdırılır.
Cəvahir
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı