Tabloid.az
“Fakir oğlan”dan "kral"a çevrildi – FOTO
Uzun müddətdir ki, qardaş Türkiyənin TRT 1 kanalında yayımlanan məşhur “Zengin kız, fakir oğlan” bədii televiziya serialında Həkim Ramin obrazıyla azərbaycanlı tamaşaçılara da yaxşı tanış olan aktyor Nicat Həbibov bu yaxınlarda Azərbaycan Dövlət Musiqili Teatrında çalışmağa başlayıb.
Bununla bağlı Publika.az-a aktyor özü açıqlama verib: “Musiqili Teatrda çalışmaq çoxdankı arzum idi. Bu arzumu həyata keçirmək üçün ötən ay teatrın direktoru Əliqismət Lalayevlə görüşdüm. Hər zaman gənclərə xüsusi diqqət və qayğısıyla seçilən Əliqismət müəllim məni hörmətlə qəbul etdi, dinlədi və illərdən bəri ürəyimdə gəzdirdiyim arzunu gerçəkləşdirdi. Artıq mən Musiqili Teatrın əməkdaşıyam. Hazrıda Şarl Peronun “Yatmış gözəl və cırtdanlar” tamaşasında baş rolun – Kral obrazının məşqlərinə başlamışam. İnanıram ki, mənə göstərilmiş etimadı doğruldacağam”.
Qeyd edək ki, buna qədər gənc aktyor “Sübhün səfiri” filmində Mirzə Fətəli Axundzadənin gəncliyini, “Sirr”, “Döngələr”, “Son hədd” və s. bədii film və seriallarda baş qəhrəmanların obrazlarını canlandırıb.
Cəvahir
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ