Tabloid.az
Brilliant Dadaşovanın bacısından Səməd Səmədovla bağlı ŞOK AÇIQLAMA
Xalq artisti Brilliant Dadaşovanın bacısı Lalə Dadaşova xalq artisti Səməd Səmədovdan hər kəsi təəccübləndirən açıqlamalar verib.
Publika.az-ın məlumatına görə, Lalə Dadaşova “Adam içində” verilişinə gələrək yaxın rəfiqəsi Sevda Əliqızını müdafiə edib. O, eyni zamanda, Səmədin vaxtilə onun və bacısı İradə Dadaşovanın başına açdığı oyunlardan danışıb: “Səməd vaxtilə məni çox incidib. Bacım İradə ilə bir toydaydıq. Səməd də əsas toy aparıcı idi. Hamı oxudu, bizə çatanda bir mahnı oxumağıma güclə icazə verdi.
Oxuyub qurtarmamış nəzakətsiz halda mikrofonu əlimdən aldı. İradə ilə bir küncə sıxılıb gözlədik ki, bəlkə, bir az sonra bizə söz verər. Gördük ki, yox e, bu, bizi heç saymır. Pərt vəziyyətdə idim. Eyyub Yaqubov bu vəziyyətdə məni görüb pis oldu. Çox nəzakətli insandır, o, mənə yavaşca dedi ki, Lalıçka, narahat olma, mən oxuyub qurtarandan sonra mikrofonu sənə verəcəyəm. Elə də etdi. O, mikrofonu mənə uzadanda Səməd əlindən aldı. Elə pis oldum ki... İradə ilə foyeyə çıxdıq, gözümün yaşı axırdı. Toy yiyəsi arxamızca qaçdı ki, ay Lalə xanım, biz sizin mahnılarınızı gözləyirik, cəmi bir mahnı oxudunuz. Mən ona vəziyyəti başa saldım”.
Lalə Dadaşova qarşı tərəf barədə daha sərt ittihamlarla çıxış edib: “Hamı bilir ki, Səməd tamada olub. Xalq artisti adı almamışdan qabaq bizi harada görsə, qabağımıza qaçırdı. İndi gözü ayağının altını seçmir. Onun duet oxuduğu bir çox xanım sənətçilər var ki, hamısını aldadıb. Səməd deyir ki, guya Sevdaya çörək verib. Sevda mənim yaxın qonşum olub, heç Səmədlə duet oxumamışdan qabaq onun şahzadələr kimi evi də vardı, avtomobili də. Sevdanın evinə girirdin, elə bilirdin, muzeydir. Sevdaya deyir ki, qocadır. Sevda onun qızı yerindədir. Səmədin 70 yaşı var. Saçına boya yaxmaqla deyil ki. Baxsın, Cavanşir Məmmədovdan öyrənsin. Cavanşir neçə illərdir Firuzəni atmır”.
Cəvahir
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO