Tabloid.az
Oqtay Əliyev “Yeni ulduz”un ittihamlarına cavab verdi
Tanınmış teleprodüser, “SOY prodakşn”ın təsisçilərindən biri Oqtay Əliyev “Yeni ulduz”-3 müsabiqəsinin qalibi Rəşid Soltanovun onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.
Qeyd edək ki, R.Soltanov Publika.az-a
müsahibəsində “SOY prodakşn” rəhbərliyinin onun efirə çıxmağına
qadağa qoydurduğunu bildirmişdi:
“Mənə dedilər ki, ayda yüz dollar verəcəyik, istədiyimiz yerə
gedəcəksən. Mən də bu şərtlə razılaşmadım və münasibtlər pozuldu.
Sonradan isə mənim efirə çıxmağıma qadağalar qoydurdular”.
Oqtay Əliyev Publika.az-a açıqlamasında bildirib ki, Rəşid
Soltanovun ittihamları yersizdir:
“Mən niyə ayda ona yüz dollar ödəməliyəm ki? O, mənim işçim deyil.
Allaha şükür, Azərbaycanda 7-8 telekanal var. Digər telekanallara
da gedə bilər. Nə oldu, onlara da mən qadağa qoydurmuşam? Özü də
bilmir nə danışır. Mənim üçün onun danışdıqları maraqlı deyil. Biz
heç kimə qadağa qoymaq iqtidarında deyilik. Nə telekanalıq, nə
telekanal rəhbəriyik. O səlahiyyətimiz yoxdur. Yaxşı mahnısı varsa,
istənilən telekanala gedib, mahnısını oxuya bilər”.
Oqtay Əliyev əməkdaşımızın “nə zamansa Rəşid Soltanovla aranızda
gərginlik olubmu” sualına belə cavab verib:
“Mənim onunla münasibətlərimdə nə gərginlik ola bilər? Cavan
uşaqdır, gəncdir. Gəldi, oxudu, “Yeni ulduz” oldu, insanlar onu
tanıdı. İndiyə kimi 11 müsabiqəmiz olub və ümumilikdə 160-170 nəfər
iştirak edib. İndi onların hərəsi bir işlə, sənətlə məşğuldur. Bu o
demək deyil ki, kim efirdə yoxdursa, ona mən cavabdehəm. Efirdə
olanlar isə bu arzuyla yaşayanlardır və özlərini doğrultdular. Bu
gün də efirdədirlər, sözlərini deyirlər. Bu müsabiqə belədir ki,
gəlib oxudu, bizim də əlimizdən nə gəlirsə, kömək etdik. Biz
öhdəçilik götürməmişik ki, onu axıra kimi saxlamalıyıq”.
Rəşid Soltanovun müsahibəsini bu linkdən oxuya bilərsiniz.
İntiqam VALEHOĞLU
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək